Millimiz “Airom Cup" turnirini qazandı
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atırau şəhərində keçirilən “Airom Cup" beynəlxalq turnirində çempion olub.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Komandamız son qarşılaşmalarda Qazaxıstanın “Barsy Atrau” (68:32) və Rusiyanın “MBU Volqoqrad” (58:47) klublarına qalib gəlib.
Qeyd edək ki, U-16 “Airom Cup” beynəlxalq turnirinin bütün oyunlarında qələbə qazanıb.
Namiq HUN