Milli FIFA reytinqində irəlilədi
FIFA milli komandaların yeni reytinq cəvdəlini açıqlayıb.
TodayPress TV xəbər verir ki, aktivində 1142.25 xal olan Azərbaycan komandası 1 pillə irəliləyərək 123-cü sıraya yüksəlib.
Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri olan Fransa reytinqdə 3-cü, Ukrayna 27-ci, İslandiya isə 74-cü yerdədir.
Reytinq cədvəlinə 1880.76 xalla İspaniya komandası başçılıq edir.
Namiq HUN