Milli Avropa çempionatına 1 qızıl və 2 bürünc medalla start verdi
İdman
11.06.2025 09:25
Şimali Makedoniyada U17 Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki Skopye turnirinin ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Qitə yarışının qızıl medalını komandamıza Rihad İbrahimli (110 kq) qazandırıb. O, finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan güləşçimiz fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.
Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək turnirin bürünc medalına sahib çıxıb.
Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.
Namiq HUN
tag: Şimali Makedoniya,U17 ,Avropa çempionatı,Skopye ,todaypress.tv,