Millimiz Tiranadan tarixi nəticə ilə döndü

İdman

28.04.2026 16:38

Albaniyanın paytaxtı Tiranada komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə Azərbaycan yığma komandası vətənə qayıdıb.

TodayPress TV xəbər verir ki, millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 

3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Xetaq Qazyumov yarışla bağlı təəssüratlarını bölüşüb.

O bildirib ki, komandanın Avropa çempionu olması böyük qürurverici hadisədir və bu uğur birgə əməyin nəticəsidir.

Qazyumov məşqçiləri, idmançıları və tibbi heyəti təbrik edib, bu nəticə ilə kifayətlənməyəcəklərini vurğulayıb.

Baş məşqçi qeyd edib ki, qısa istirahətdən sonra komanda dünya çempionatının hazırlığına başlayacaq və növbəti qələbələrlə azarkeşlərin etimadını doğrultmağa çalışacaq.

Namiq HUN

TodayPress TV

tag: Avropa çempionu,sərbəst güləş,Azərbaycan ,yığma komanda,Tirana,Todaypress.tv,