Anar Hacıyev: “Hələlik bizdə belə informasiya yoxdur”

İdman

11.09.2025 12:45

“Qarabağ” klubu Ramil Şeydayevlə maraqlanması ilə bağlı yayılan iddialara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Qarabağ” klubunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev açıqlama verib.

“Hələlik bizdə belə informasiya yoxdur. Transferlə bağlı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək”, - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Ramil Şeydayev 2017-2018 və 2021-2023-cü illərdə “Qarabağın” şərəfini qoruyub. “Neftçi” ötən gün 29 yaşlı hücumçu ilə yollarını qarşılıqlı razılıq əsasında ayırdığını açıqlayıb.

Namiq HUN

TodayPress TV

***

10:01

“Qarabağ” klubu hücumçu transfer edib.

TodayPress TV Oxu.Az saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu Ramil Şeydayevlə anlaşıb. 

“Neftçi” ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən "köhlən atlar"ın heyətinə qayıdıb.

O, daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə “Qarabağ” klubunda forma geyinib.

Namiq HUN


TodayPress TV

tag: Qarabağ,Şeydayev,Klub,Transfer,Todaypress.tv,