“Ak Bars” azarkeşi itkin düşdü

İdman

13.09.2025 12:18

“Ak Bars” hokkey klubunun tanınmış azarkeşlərindən biri olan Anton Aqafonov Volqada hamilə qadını sudan xilas etməyə çalışarkən itkin düşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə Biznes Online məlumat yayıb.

Bildirilir ki, həkim və tibb bacıları rəhbərlərinin, stomatoloq Anton Aqafonovun ad gününü çay kənarında qeyd edirdilər. Tədbir zamanı qonaqlar Volqa çayında gəzintiyə çıxıblar. Sürət qayıqlarından birinin təhlükəli manevri nəticəsində güclü dalğa yaranıb və yeddi nəfərin olduğu kateri aşırıb.

Yardım üçün ilk olaraq yaxınlıqdakı katerlərdən biri hadisə yerinə yaxınlaşıb. Anton Aqafonov isə ikinci qayıqdan suya atılaraq insanları xilas etməyə başlayıb. Onun xilas etməyə çalışdığı hamilə qadın sağ qalıb və hazırda həkimlərin nəzarəti altındadır. Lakin Aqafonov dalğaların içində yoxa çıxıb. Hazırda onun axtarışları davam edir.

Namiq HUN

TodayPress TV

tag: Anton Aqafonov,Azarkeş,İtkin,Hadisə,Todaypress.tv,