Niko Rosberq: “Maks Ferstappen 2025-ci ilin ən yaxşı pilotudur”

İdman

31.05.2025 15:45

“Formula-1” üzrə dünya çempionu, almaniyalı sabiq pilot Niko Rosberq “Red Bull” komandasının sürücüsü Maks Ferstappeni 2025-ci ilin ən yaxşı pilotu adlandırıb.

TodayPress TV xəbər verir ki, Rosberq fikrini belə əsaslandırıb:

“Maks hələ də zirvədədir. Ən son normal yarış trası İmola idi və o, orada tam dominanta çevrildi. Yarışda çox sürətli idi. Mənim üçün hazırda ilin ən yaxşı pilotu Maksdır. Onu heç vaxt siyahıdan silmək olmaz. İmola mənim üçün xüsusilə maraqlı oldu, çünki uzun fasilədən sonra ilk dəfə trasda oldum və Maksın sehrini əyani gördüm.”

Rosberq, hazırkı “Formula-1” bolidlərinin xüsusilə arxa hissədə idarəolunmasının çətin olduğunu bildirib:

“Bu nəsil maşınların arxa hissəsi çox həssasdır. Pilotlar sükanla çox çalışmalı olurlar. Maşınlar ağırdır, çox “vurnuxur”. Bu, hamıya çətinlik yaradır. Amma Maks döngələrə girəndə bunu inanılmaz şəkildə idarə edir.

O, maşının dönmə qabiliyyətini nəzarətdə saxlayır. Başqa pilotların bu anda maşını idarə etməkdə çətinlik çəkəcəyi halda, Maks onu incəliklə balanslaşdırır. Proses pozularsa, təkərlər çox qızar, partlaya bilər, bu da vaxt itkisinə səbəb olar. Maks isə bu incə idarəetmə pəncərəsində inanılmaz bir ustalıq nümayiş etdirir. Bu, sözün əsl mənasında bir sənət əsəridir.”

Namiq HUN

tag: Niko Rosberq,Formula 1,Pilot,Açıqlama,Todaypress.tv,