Azərbaycan yanğınsöndürənləri dünya çempionatına qatıldılar
İdman
27.10.2025 09:24
Səudiyyə Ərəbistanında yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XX, qadınlar arasında isə XI dünya çempionatı keçirilir.
TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 1-dək davam edəcək Ər-Riyad yarışlarında Azərbaycan ilə yanaşı, 21 komanda iştirak edir.
Dünya çempionatı yanğınsöndürən və xilasedici peşələrinin tanıdılması, peşəkar idman bacarıqlarının təkmilləşdirilməsi və yanğın-xilasetmə idmanının beynəlxalq səviyyədə daha da inkişafı məqsədilə təşkil olunub.
Qeyd edək ki, “Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası” Assosiasiyası (ISFFR), 2001-ci ildə Yanğınsöndürmə və Xilasetmə Xidmətləri rəhbərlərinin 1-ci Beynəlxalq Konfransının qərarı ilə təsis olunub və hazırda 33 ölkədən olan yanğınsöndürənlər və xilasediciləri birləşdirir.
Xatırladaq ki, yanğın-xilasetmə idmanı üzrə ilk çempionat 2002-ci ildə Moskva şəhərində keçirilib.
Namiq HUN
tag: Ərəbistan,Azərbaycan,Yanğınsöndürən,Kişilər,Qadınlar,Todaypress.tv,
