Delap ingilislərin radarına düşdü
İdman
25.05.2025 15:45
“İpsviç”in hücumçusu Liam Delapın gələcəyi İngiltərədə yay transfer pəncərəsinin əsas mövzularından birinə çevrilib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı forvardla Premyer Liqanın bir neçə klubu maraqlanır.
Belə ki, Delapı “Mançester Yunayted”, “Çelsi” və “Everton” öz rənglərinə bağlamaq üçün yarışır. “Everton”un baş məşqçisi David Moyes artıq onunla şəxsi görüş keçirib və mümkün keçidlə bağlı danışıqlar aparıb.
İngiltərəli futbolçu bu mövsüm 39 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, “İpsviç”in hücum xəttində əsas fiqurlardan birinə çevrilərək, yüksək səviyyəli klubların diqqətini cəlb edib.
tag: İpsviç,Liam Delap,İngiltərə,todaypress.tv,
Futbolçu cinayətkar dəstənin təcavüzünə məruz qaldı
27.10.2025
Rusiyanın “Zenit” klubunun futbolçusunu qaçırmağa cəhd ediblər.TodayPress TV Championat.com-a istinadən xəbər verir ki,...
"Zirə"nin futbolçusu faciəvi şəkildə öldü
18.07.2025
"Zirə"nin U-16 komandasının futbolçusu Fərid Şahverdiyev faciəvi şəkildə dünyasını dəyişib.TodayPress TV xəbər verir ki,...
"Neftçi" "Zirə" ilə heç-heçə oldu
03.10.2025
Premyer Liqanın VII turunda daha bir oyun keçirilib.TodayPress TV-nin məlumatına görə, günün ikinci matçında "Neftçi" sə...
Azərbaycanlı məşqçi İran yığmasında
31.05.2025
Qadın cüdoçulardan ibarət milli komandanın sabiq baş məşqçisi Rəşad Məmmədov karyerasını İranda davam etdirəcək.TodayPre...
“Neftçi” 7 futbolçusu ilə vidalaşdı
31.05.2025
“Neftçi” klubunun 6 futbolçusunun müqavilə müddəti başa çatıb.TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xid...
Mundialın 1/4 finalçıları bəlli oldu
21.05.2025
Hokkey üzrə dünya çempionatında qrup mərhələsi başa çatıb. TodayPress TV xəbər verir ki, Avstriya və Danimar...
"Roma"nın forvardı “Beşiktaş”la anlaşdı
30.06.2025
İngiltərəli hücumçu Temmi Abraham İstanbulun “Beşiktaş” klubu ilə şəxsi razılıq əldə edib. TodayPress TV xəbər veri...
Şevalye tarix yazdı
17.11.2025
Fransa yığma komandasının qapıçısı Luka Şevalyenin DÇ-2026-nın seçmə mərhələsində millimizlə oyunda buraxdığı qol tarixə...
İki güləşçimiz gümüş, biri bürünc medal qazandı
20.11.2025
Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş me...
"Parma" Adamsla müqavilə imzaladı
29.07.2025
Rusiyanın "Parma" basketbol klubu ABŞ-li müdafiəçi Ceylen Adamsın transferini rəsmən açıqlayıb. TodayPress TV xəbər veri...
