"Roma"nın forvardı “Beşiktaş”la anlaşdı
İdman
30.06.2025 11:50
İngiltərəli hücumçu Temmi Abraham İstanbulun “Beşiktaş” klubu ilə şəxsi razılıq əldə edib.
TodayPress TV xəbər verir ki, bu barədə məşhur transfer insayderi Fabritsio Romano sosial şəbəkə “X”də məlumat yayıb.
Bildirilir ki, “Roma” ilə transfer məbləği təxminən 20 milyon avro səviyyəsində razılaşdırılıb. Abraham artıq “Beşiktaş”ın təklifini qəbul edib və yaxın vaxtlarda Türkiyəyə yola düşəcək. Hazırda klublar sənədləşmə işlərini yekunlaşdırır.
Daha əvvəl jurnalist Nikolo Skira Temmi Abrahamın “Zenit”dən aldığı təklifi rədd etdiyini bildirib. Futbolçu beş əsas Avropa liqasından birində çıxış etməyə üstünlük verir.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2021-ci ildən “Roma”nın formasını geyinir. Son mövsümdə o, icarə əsasında “Milan”da çıxış edib. 45 oyunda meydana çıxan Abraham 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Roma,Forvard,Milan,Beşiktaş,Todaypress.tv,