Tennisçi musiqi dünyasına qədəm qoydu

İdman

23.06.2025 16:51

Yunanıstanlı tanınmış tennisçi, “Böyük Dəbilqə” turnirlərinin ikiqat finalçısı Stefanos Çiçipas gözlənilməz addım ataraq öz ifasında üç mahnıdan ibarət mini-albom buraxıb.

TodayPress TV xəbər verir ki, albom “Artan səssizlik” (“The Quiet That Grew”) adlanır. 

Alboma “Balkon serenadası” (“Balcony Serenade”), “Qara qəhvə” (“Cafe Noir”) və “Monmartr səhərləri” (“Mornings in Montmartre”) trekləri daxildir. 

Qeyd edək ki, musiqi trekləri SoundCloud platformasında dinləyicilər üçün əlçatandır.

Xatırladaq ki, Stefanos Çiçipas 2018-ci ilin avqustundan bəri ilk dəfə ATP reytinqinin ilk 20-liyindən çıxıb. Eyni zamanda, o, hazırda məşhur keçmiş tennisçi, 2001-ci ilin xorvatiyalı Uimbldon çempionu Goran İvanişeviçlə əməkdaşlığa başlayıb.

Namiq HUN

tag: Tennis,Stefanos Çiçipas,Musiqi,Bəstə,Todaypress.tv,