Messi assistlər üzrə planetin ən yaxşısı oldu

Messi assistlər üzrə planetin ən yaxşısı oldu
15.10.2025 10:46 İdman

Argentina millisinin 38 yaşlı hücumçusu Lionel Messi milli komandalar səviyyəsində məhsuldar ötürmələrin sayına görə dünya rekordunu yeniləyib.

TodayPress TV xəbər verir ki, Puerto-Riko ilə keçirilən yoldaşlıq matçında (6:0) Messi iki qol ötürməsi edib. 

Forvard, Argentina millisinin heyətində ümumilikdə 60 məhsuldar ötürməyə sahib olub.

Messi bu göstəriciyə görə ABŞ millisinin sabiq futbolçusu Lendon Donovan və braziliyalı hücumçu Neymarı geridə qoyub. Onların hər birinin aktivində 58 ötürmə var 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər