MDB Oyunları: Qızlardan ibarət voleybol millisi bürünc medal qazandı
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol üzrə üçüncü yer uğrunda görüş keçirilib.
TodayPress TV xəbər verir ki, Azərbaycanın qızlardan ibarət yığma komandası Özbəkistan voleybolçularına qalib gələrək (3:1) bürünc medal qazanıb.
Qeyd edək ki, III MDB Oyunalrının baş mükafatı uğrunda finalda Belarus və Rusiya komandaları qarşılaşacaqlar.
Namiq HUN