Marşand bombardirlik rekordu qırdı

Marşand bombardirlik rekordu qırdı
15.06.2025 10:30 İdman

Kanadalı hücumçu Bred Marşand Milli Xokkey Liqasının (NHL) “Florida Panthers" klubunun heyətində Stenli Kubokunun final oyunlarında ümumilikdə 13 qol vuraraq turnirin əsas seriyasında bombardirlik rekordu müəyyən edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Lenta.ru"nun müxbiri məlumat verib.

Rekord, Stenli Kubokunun final mərhələsinin beşinci oyununda - Kanadanın “Edmonton Oilers” klubuna qarşı keçirilən matçda qeydə alınıb. 37 yaşlı forvard bu qarşılaşmada dubla imza ataraq komandasının 5:2 hesabı ilə qalib gəlməsində əsas fiqurlardan biri olub.

Hazırda seriyada "Florida" 3:2 hesabı ilə öndədir. Qalib gəldiyi təqdirdə “Florida Panthers” komandası tarixində ilk dəfə olaraq Stenli Kubokunu qazanacaq.

Töhfə Səməd

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər