Madriddə sensasiya: Sobolenko mübarizəni dayandırdı!

İdman

29.04.2026 09:30

Dünya reytinqinin bir nömrəsi, belaruslu tennisçi Arina Sobolenko İspaniyanın Madrid şəhərində keçirilən WTA-1000 turnirinin 1/4 finalında məğlubiyyətini şərh edib.

TodayPress TV xəbər verir ki, dördqat “Böyük Dəbilqə” çempionu amerikalı Heyli Baptisteyə 6:2, 2:6, 6:7 (6:8) hesabı ilə uduzub.

Sobolenko matçdan sonra rəqibinin həlledici anlarda cəsarətli çıxış etdiyini deyi. 

“Bu, çətin matç idi. O, çox yaxşı oynadı, mən də yaxşı oynadım. Düşünürəm ki, üçüncü setdə imkanlarım var idi. Bəzi epizodlarda bir qədər tələsdiyimi hiss etdim. Amma problem deyil, bəzən öyrənmək, bu həftənin mənfi məqamlarından nəticə çıxarmaq və irəli getmək lazımdır.

O, əla oynadı. Mənim şanslarım var idi, amma onlardan yararlana bilmədim. O, matç bolu anlarında çox cəsarətli tennis göstərdi və bu, həlledici oldu. Mayamidə ona çox imkan verməmişdim, o mənim servisimi qıra bilmirdi. Burada isə ikinci setin ilk oyununda qəfil iki cüt səhv etdim və bu, ona inam verdi. Həmin andan daha aqressiv oynamağa başladı. Dediyim kimi, çox cəsarətli idi. Nə deyə bilərəm – əhsən”, – deyə Sobolenko bildirib.

Namiq HUN

TodayPress TV

tag: Arina Sobolenko,WTA-1000,Böyük Dəbilqə,Matç,Todaypress.tv,