Lunin tənqidlərə meydanda cavab verdi!

İdman

28.04.2026 11:58

“Real Madrid” ukraynalı qapıçı Andrey Lunini növbəti mövsüm də komandada saxlamaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, 27 yaşlı qolkiperin La Liqanın XXXII turunda “Betis”lə oyunda (1:1) inamlı çıxışı onun ünvanına səslənən tənqidlərə tutarlı cavab olub.

Xatırladaq ki, Madrid təmsilçisi UEFA Çempionlar Liqasından “Bavariya”ya məğlub olaraq ayrıldıqdan sonra Lunin tənqid olunub. 

Əvvəllər sabit oyun praktikası üçün klub dəyişikliyini istəyən futbolçunun ətrafı indi onun Madriddə qalmasının daha məqsədəuyğun olduğunu düşünür.

Qeyd edək ki, “Real” da qapıçı ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Luninlə müqavilə 2030-cu ilin iyun ayına qədər qüvvədədir.

Ukraynalı qolkiper cari mövsüm 11 oyunda 21 top buraxıb və heç bir matçda qapısını toxunulmaz saxlaya bilməyib.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Andrey Lunin,La Liqa,Betis,Todaypress.tv,