Liam Louson üçün gözlənilməz şans: “Red Bull”a geri çağırılır

Liam Louson üçün gözlənilməz şans: “Red Bull”a geri çağırılır
19.08.2026 09:09 İdman

“Red Bull”un fransalı pilotu İsak Hacar “Formula-1” üzrə Niderland Qran-prisindən əvvəl trenajorda məşq zamanı biləyindən zədə alıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.

Nəşrin məlumatına görə, zədə Hacarı böyük ehtimalla qarşıdakı mərhələni buraxmağa məcbur edəcək. Onun “Red Bull”dakı yerini “Racing Bulls” komandasından müvəqqəti olaraq əsas komandaya yüksəldiləcək Liam Louson tutacaq.

Lousonun “Racing Bulls”dakı yerini isə Yuki Tsunoda əvəz edəcək.

“Red Bull” Hacarı iki həftə sonra keçiriləcək növbəti “Formula-1” mərhələsinə – İtaliya Qran-prisinə qədər hazır vəziyyətə gətirməyə ümid edir.

Maraqlıdır ki, Louson da dünya çempionatında debütünü Niderland Qran-prisində edib. Həmin vaxt “Red Bull” sistemində çıxış edən komanda yoldaşı Daniel Rikkardo biləyindən zədələndiyi üçün Louson onun yerinə yarışmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər