“Levski”i hücumçusunu itirdi

“Levski”i hücumçusunu itirdi
14.08.2025 11:46 İdman

Bolqarıstanın “Levski” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Sabah”a qarşı keçiriləcək cavab oyununa itki ilə çıxacaq.

TodayPress TV xəbər verir ki, malili hücumçu Mustafa Sanqare Masazır qarşılaşmasında komandasına kömək edə bilməyəcək.

26 yaşlı forvard əzələ problemindən əziyyət çəkir. 

Xatırladaq ki, Sofiyada keçirilən ilk matçda “Levski” 1:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab qarşılaşması bu gün saat 20:00-da “Bank Respublika Arena”da təşkil olunacaq.

Namiq HUN

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər