La Liqada taleyüklü yarış: favorit artıq bəllidir!
“Opta” superkompüteri “Barselona” və “Real Madrid” komandalarının La Liqada çempionluq şanslarını qiymətləndirib.
TodayPress TV xəbər verir ki, Kataloniya təmsilçisi çempionluğa çox yaxındır.
Hesablamalara əsasən, “Barselona”nın çempion olmaq ehtimalı 92% təşkil edir. “Real Madrid”in bu uğura çatmaq şansı isə cəmi 8% olaraq göstərilib.
La Liqanın 30 turundan sonra “Barselona” 76 xalla turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 69 xalla ikinci pillədə qərarlaşıb.
Növbəti turda Hans-Diter Flikin rəhbərlik etdiyi komanda “Nou Kamp”da “Espanyol” ilə üz-üzə gələcək. “Kral klubu” isə Alvaro Arbeloanın rəhbərliyi altında “Jirona” ilə qarşılaşacaq.
Namiq HUN