Kurtua karyerasını bitirəcək?

Kurtua karyerasını bitirəcək?
14.10.2025 15:08 İdman

Tibo Kurtua “Real Madrid” klubu ilə müqaviləsinin müddətini uzatmaq istəmir. 

TodayPress TV xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. 

Bildirilir ki, 33 yaşlı belçikalı qolkiper “kral klubu”ndan ayrılandan sonra karyerasını bitirə bilər.

Bundan başqa futbolçunun Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi də ehtimal edilir. O, həmçinin peşəkar karyerasına bağladığı “Genk” klubuna da qayıda bilər.

Tibo Kurtua 2018-ci ildən Real”ın formasını geyinir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər