Konate “Real”ın radarına düşdü
“Liverpul” klubunun mərkəz müdafiəçisi İbrahima Konate mersisaydlıların yeni müqavilə təklifini qəbul etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Bildirilir ki, “qırmızılar” fransalı futbolçunun 2026-cı ilin yayında başa çatacaq müqaviləsini uzatmaq istəyir. “Liverpul” müdafiəçi ilə 11 milyon avro maaşla 5 illik müqavilə imzalamağa hazırdır.
“Real” klubu Konatenin futbolçu bacarığını yüksək qiymətləndirir. “Kral klubu” onu 2026-cı ilin yayında pulsuz transfer edə bilər.
Qeyd edək ki, İbrahima Konate cari mövsüm bütün yarışlarda 7 matçda meydana çıxıb. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.
Namiq HUN