Kamilo Portuqaliya klubunun radarına düşdü

Kamilo Portuqaliya klubunun radarına düşdü
23.10.2025 14:05 İdman

“Qarabağ”ın futbolçusu Kamilo Duran karyerasını növbəti dəfə Portuqaliyada davam etdirə bilər.

TodayPress TV sport24.az-a istinadən xəbər verir ki, “Estrela” klubu sabiq vingeri ilə maraqlanır.

Yüksək dəstə təmsilçisi kolumbiyalı futbolçunun qarşıdakı transfer dönəmlərindən birində keçidi ilə bağlı “Qarabağ”la əlaqə saxlamaq niyyətindədir.

Xatırladaq ki, Kamilo Duran 2023-cü ildə “Estrela”nın U-23 komandasında çıxış edib. Avqustda “Qarabağ”a qoşulan cənubi amerikalı futbolçu ilə üçillik müqavilə imzalanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər