İstanbul derbisində qalib müəyyənləşmədi

İstanbul derbisində qalib müəyyənləşmədi
05.10.2025 05:19 İdman

Türkiyə Super Liqasının VIII turunun oyunları davam edir.

TodayPress TV xəbər verir ki, günün ilk matçında “Gənclərbirliyi” öz meydanında “Alanyaspor”u qəbul edib.

Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Turun mərkəzi görüşündə isə “Qalatasaray” öz meydanında “Beşiktaş”la üz-üzə gəlib. Gərgin keçən matçın ilk hissəsi qonaqların minimalhesablı üstünlüyü ilə tamamlanıb. İkinci hissədə hücumlarının sayını artıran “cimbom” 55-ci dəqiqədə İlkay Gündoğanın vurduğu qolla hesabı bərabərləşdirib.

Görüş elə bu hesabla da yekunlaşıb - 1:1.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər