İran millisində azərbaycanlılar fırtına törədirlər

İran millisində azərbaycanlılar fırtına törədirlər
16.06.2026 11:47 İdman

İran milli komandası hazırlıq matçında Yeni Zelandiya ilə qarşılaşmada 2:2 hesabı ilə heç-heçə nəticəsi qeydə alıb.

TodayPress TV xəbər verir ki, qarşılaşmada İranın tərkibində üç azərbaycanlı futbolçu da yer alıb və fərqli dərəcədə fəallıq göstəriblər.

Milad Məhəmmədi (“Persepolis”)

“Persepolis”in sağ cinah müdafiəçisi Milad Məhəmmədi bütün 90 dəqiqəni meydanda keçirib. Müdafiədə sabit oyun nümayiş etdirən Məhəmmədi hücum əməliyyatlarında da komandasına dəstək verib.

Şəhriyar Muğanlı (BƏƏ “İttihad”)

Hücumçu Şəhriyar Muğanlı oyuna start heyətdə başlayıb və 53-cü dəqiqəyədək meydanda olub. Onun aktivliyi nəticəsində İran millisi ilk qolu vurub. Muğanlı matçda yaxşı hərəkətlər nümayiş etdirib və hücum xəttində təhlükə yaratmağa müvəffəq olub.

Əmirhüseyn Hüseynzadə (“Traktor”)

“Traktor”un hücumçusu Əmirhüseyn Hüseynzadə oyuna 80-ci dəqiqədə əvəzedici kimi daxil olub və Mehdi Tərəmini əvəz edib. Qısa vaxt ərzində hücumda bir neçə kəskin hərəkət edib.

Bu oyun İran millisinin növbəti rəsmi görüşlərə hazırlığında vacib mərhələlərdən biri idi. Azərbaycan əsilli futbolçuların millidə getdikcə daha çox şans qazanması Azərbaycan futbolsevərləri tərəfindən də diqqətlə izlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər