İnyiqo Martinez "Əl-Nəsr”lə anlaşdı
“Barselona” klubunun futbolçusu İnyiqo Martinez yeni mövsümdə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun şərəfini qoruyacaq.
TodayPress TV insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi Ər-Riyad təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq. O, Kataloniya klubu ilə müqaviləyə xitam verərək azad agent statusunda “Əl-Nəsr”ə keçəcək.
Qeyd edək ki, İnyiqo Martinezin “Barselona” ilə müqaviləsində Səudiyyə Ərəbistanı klublarından təklif gələrsə, sözləşməyə xitam vermək hüququqa malik olduğu ilə bağlı bənd var.
Namiq HUN