İki güləşçimiz Macarıstanda gümüş medal qazandılar

İki güləşçimiz Macarıstanda gümüş medal qazandılar
17.07.2025 21:25 İdman

Azərbaycanın iki güləşçisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan reytinq turnirinin ilk günündə gümüş medal qazanıblar.

TodayPress TV xəbər verir ki, yarışın ilk günündə sərbəst güləş üzrə millinin 3 üzvü xalçaya çıxıb.

Onlardan ikisi - İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Kənan Heybətov (70 kq) isə ilk mərhələdə məğlub olub.

Qeyd edək ki, olimpiya mükafatçısı və Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər