III MDB Oyunları həyəcanı davam edir
III MDB Oyunlarının 12-ci günündə dörd idman növü üzrə yarışlar keçiriləcək.
TodayPress TV xəbər verir ki, Şəki şəhər stadionunda Azərbaycanın çövkən üzrə yığma komandası qızıl medal uğrunda matçda Özbəkistan millisi ilə qarşılaşacaq.
Şəki Olimpiya İdman kompleksində isə idmanın bədii gimnastika növü üzrə yarışlar davam edəcək.
Oyunların mərkəzi şəhəri olan Gəncənin İdman Sarayında qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.
Gəncə Olimpiya İdman Kompleksində isə yunan-Roma güləşçiləri III MDB Oyunlarının mükafatçılarını müəyyən edəcəklər.
Namiq HUN