III MDB Oyunları: Azərbaycan medal sıralamasında yenə ikincidir

III MDB Oyunları: Azərbaycan medal sıralamasında yenə ikincidir
08.10.2025 08:53 İdman

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pilləyə yüksəlib.

TodayPress TV xəbər verir ki, millimizin hesabında 33 qızıl, 53 gümüş və 92 bürünc medal var.

Oyunların 12-ci günü hesabına 4 qızıl, 5 gümüş və 3 bürünc medal yazdıran komandamız ikinci pilləni Belarus yığmasından geri alıb. Sonuncuların ötən gün qazancı cəmi 4 gümüş və 1 bürünc medal olub.

Belarus (32 qızıl, 35 gümüş, 52 bürünc medal) üçüncü pillədə qərarlaşıb.

Siyahıya Rusiya (124 qızıl, 61 gümüş, 40 bürünc medal) başçılıq edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər