III MDB Oyunları: Azərbaycan cüdo üzrə qarışıq komanda yarışlarında qızıl medal qazandı

III MDB Oyunları: Azərbaycan cüdo üzrə qarışıq komanda yarışlarında qızıl medal qazandı
05.10.2025 20:15 İdman

III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışlarına yekun vurulub.

TodayPress TV xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən final qarşılaşmada Azərbaycan yığması Özbəkistan komandası üzərində 7:4 hesabı ilə qələbə qazanaraq birinci yeri tutub. Yarımfinalda isə Azərbaycan komandası Tacikistanı 7:3 hesabı ilə məğlub etmişdi.

Xatırladaq ki, III MDB Oyunlarında 13 ölkədən 1624 idmançı iştirak edib. Oyunlar oktyabrın 8-də yekunlaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər