III MDB Oyunları: Azərbaycan boksçusu qızıl medal qazandı
MDB Oyunlarında oğlan boksçular arasında müxtəlif çəki dərəcələrində final qarşılaşmaları yekunlaşıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin boksçusu Səfdər Məmmədzadə (+80 kiloqram) Özbəkistan təmsilçisi Farxodjon Bahadirov üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.
Xatırladaq ki, bundan əvvəl digər Azərbaycan boksçuları da final görüşlərində uğur əldə ediblər. Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram) və Şahin Aslanov (60 kiloqram) qələbə qazanaraq Azərbaycan millisinin hesabına qızıl medallar əlavə ediblər.