Hər iki çimərlik güləşçimiz Dünya Seriyasında medal qazandı
Yunanıstanda çimərlik güləşi üzrə Dünya Seriyasının 4-cü mərhələsi keçirilib.
TodayPress TV xəbər verir ki, yarışda Azərbaycanı Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib.
Vüsal Katerini turnirinin finalında İran güləşçisi Əli Qulamiyə məğlub olaraq gümüş medala sahib çıxıb.
İbrahim isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Dato Piruzaşviliyə qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Qeyd edək ki, Dünya Seriyasının final mərhələsi oktyabrın 18-19-u aralığında Misirin İsgəndəriyyə şəhərində keçiriləcək.
Namiq HUN