Güləşçimiz dünya üçüncüsü oldu
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
TodayPress TV xəbər verir ki, Günay Qurbanova (59 kq) üçüncü yer uğrunda görüşdə kanadalı Ella Findinqə 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) mundialın finalına adlayıb. O, həlledici görüşdə çinli Yanqjen Yanqjenlə güləşəcək.
Namiq HUN