Gənc referi üçün böyük şans – ilk beynəlxalq matç!
FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna təyinat alıb.
TodayPress TV xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunda keçiriləcək Niderland – Belarus matçını idarə edəcək.
Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.
B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.
Xatırladaq ki, Tural Qurbanov qrupun martın 25-də keçirilən Kosovo – Niderland (0:1) matçının dördüncü hakimi olub.
Namiq HUN