Fransa miliisinin hücumçusu heyətdən kənarlaşdırıldı
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycanla oyunöncəsi Fransa yığmasının heyətində dəyişiklik edilib.
TodayPress TV xəbər verir ki bu barədə Fransa millisinin mətbuat xidməti məlumat yayıb.
PSJ klubunun oyunçusu Bredli Barkola millimizlə görüşü buraxacaq. Səbəb hücumçunun zədəli olmasıdır.
Barkolanın əvəzinə “Lill” klubundan Florian Toven heyətə cəlb olunub.
Qeyd edək ki, millimiz Fransa yığması ilə oktyabrın 10-da Parisdə qarşılaşacaq.
Namiq HUN