“Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar

“Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar
03.08.2026 12:19 İdman

“Mersedes”ə artıq Ferstappen lazım deyil.

TodayPress TV xəbər verir ki, “Formula-1”in keçmiş pilotu, hazırda ekspert kimi fəaliyyət göstərən Robert Dornbos “Mersedes”in dördqat dünya çempionu Maks Ferstappeni transfer etməyə artıq ehtiyac duymadığını bildirib.

Onun sözlərinə görə, komandanın hazırkı heyətində gələcəyin superulduzu hesab edilən pilot var və bu səbəbdən Ferstappenin transferi əvvəlki qədər vacib görünmür.

“Artıq ‘Mersedes’in Maks uğrunda əvvəlki kimi mübarizə aparması üçün səbəb görmürəm. Onların komandasında növbəti superulduz var. Əgər Corc Rassell zəif çıxış etməyə davam etsə və bu problemə çevrilsə, komanda sadəcə başqa ikinci pilot dəvət edə bilər. Belə olan halda dördqat dünya çempionunu transfer etməyə ehtiyac qalmır. Marketinq baxımından bu əla görünərdi, amma idman nöqteyi-nəzərindən həmin iki pilotun eyni komandada olması fəlakət ola bilər”, – deyə Dornbos “Pit Talk” podkastında bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər