Final gecəsi: “Sabah” tarix yazmağa çox yaxındır!

İdman

05.05.2026 10:33

Azərbaycan Basketbol Liqasında final seriyası davam edir. 

TodayPress TV xəbər verir ki, qalibi müəyyən etmək üçün bu gün “Sabah” və “Abşeron Lions” komandaları arasında final seriyasının üçüncü oyunu keçiriləcək. 

Bakı İdman Sarayında baş tutacaq görüşdə “Sabah” qələbə qazanacağı təqdirdə ölkə çempionu titulunu rəsmiləşdirəcək. 

Bakı klubu əvvəlki iki görüşdə rəqibini məğlub edib - 98:93, 112:84.

Qeyd edək ki, reqlamentə əsasən, final seriyasında üç qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Final seriyasının həlledici qarşılaşması saat 19:00-da start götürəcək.

Namiq HUN

TodayPress TV

tag: Sabah,Abşeron Lions,Basketbol Liqası,final seriyası,Todaypress.tv,