FIFA-dan “Qaziantep” üçün gözlənilən qərar gəldi
Türkiyənin "Qaziantep" klubunun FIFA tərəfindən tətbiq olunan transfer qadağası ləğv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin prezidenti Memik Yılmaz bildirib.
O, əvvəlki dövrlərə aid borcların tam ödənildiyini və bunun nəticəsində FIFA-dakı bütün işlərin bağlandığını deyib:
“FIFA tərəfindən əvvəlki dövr borclarına görə tətbiq edilən müvəqqəti transfer qadağasına səbəb olan bütün öhdəliklər klubumuz tərəfindən yerinə yetirilib. Bununla əlaqədar FIFA-dakı bütün dosyelərimiz bağlanıb və komandamıza tətbiq olunan transfer qadağası rəsmi olaraq ləğv edilib”.
Namiq HUN