Enrike: “Bu hesabatları heç vaxt görməmişəm”
İdman
16.12.2025 17:28
PSJ-nin baş məşqçisi Luis Enrike Neqreyra işi çərçivəsində ifadə verib.
TodayPress TV xəbər verir ki, bu barədə RMC Sport nəşri məlumat yayıb.
2014–2017-ci illərdə “Barselona”nı çalışdıran ispan mütəxəssis videokonfrans formatında dindirilib.
Araşdırma “Barselona” klubunun vaxtilə Hakimlər Texniki Komitəsinə rəhbərlik etmiş Xose Mariya Neqreyraya 7,3 milyon avrodan çox vəsait ödəməsi ittihamı ilə aparılır. Klubun prezidenti Joan Laporta bu ödənişlərin hakimliklə bağlı tövsiyələr və hesabatların hazırlanması məqsədi daşıdığını bildirsə də, Luis Enrike bu sənədləri heç vaxt görmədiyini deyib:
“Altı il baş məşqçi kimi çalışdığım müddətdə bu hesabatları mənə heç kim göstərməyib. Onları nə mən, nə də məşqçilər korpusumun hər hansı üzvü görüb”.
Namiq HUN
tag: PSJ,Luis Enrike,İfadə,Məhkəmə,Todaypress.tv,
