Ən yaxşı futbolçu adına səkkkiz liqa namizədi

Ən yaxşı futbolçu adına səkkkiz liqa namizədi
22.10.2025 17:07 İdman

Afrikanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

TodayPress TV xəbər verir ki, siyahıda müxtəlif liqalarda çıxış edən 10 futbolçu yer alıb.

Bunlar Andre-Frank Zambo-Angissa (“Napoli”/Kamerun), Fiston Mayele (“Piramids”/Konqo), Məhəmməd Salah (“Liverpul”/Misir), Denis Buanqa (“Los Anceles”/Qabon), Seru Qirassi (“Borussiya Dortmund”/Qvineya), Əşrəf Hakimi (PSJ/Mərakeş), Usamma Lamliui (RSB/Mərakeş), Viktor Osimhen (“Qalatasaray”/Nigeriya), İliman Ndiaye (“Everton”/Seneqal), Pap Matar Sarrdır (“Tottenhem”/Seneqal).

Mükafat 1992-ci ildən Afrika Futbol Konfederasiyası tərəfindən təqdim olunur.

Qeyd edək ki, ötən il mükafatı İtaliyanın “Atalanta” klubunun futbolçusu Ademola Lukman qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər