Ekitikedən iddialı açıqlama: Dünyanın ən yaxşı hücumçularından olmaq istəyir

İdman

14.03.2026 12:33

Uqo Ekitike dünyanın ən yaxşı hücumçularından biri olmaq istədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

“Liverpul” klubunun hücumçusu hazırkı forması və komanda yoldaşı Florian Virts ilə oyun əlaqəsi barədə danışıb.

“Düşünürəm ki, dünyanın ən yaxşı hücumçularından biri ola bilərəm. Hələ öz üzərimdə çox işləməliyəm və bir çox şeyi inkişaf etdirməliyəm. Amma hazırda olmaq istədiyim nöqtədəyəm.

Florian Virtslə oynamaq mənə daha çox xoş gəlir. Digər komanda yoldaşlarımla da oynamağı sevirəm, amma sən hücumçusan və arxanda futbolu yaxşı anlayan belə bir “onluq” varsa, bu oyunu daha da asanlaşdırır.

Ona demişdim ki, birlikdə oynamağa davam etsək, bu klubda böyük işlər görə bilərik. Sənin parlamana kömək edə bilən futbolçunun yanında olması çox yaxşıdır”, – deyə Ekitike bildirib.

Namiq HUN

TodayPress TV

tag: Uqo Ekitike,Hücumçu,Liverpul,Futbol,Todaypress.tv,