Dünya Oyunlarında medal sayı dörd oldu
Azərbaycan komandası Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında daha bir medal qazanıb.
TodayPress TV xəbər verir ki, kikboksinqçimiz Amin Quliyev (63,5 kq) Oyunlarda gümüş medalına sahib çıxıb.
Hazırda yarışdakı mükafatlarımızın sayı 4-ə yüksəlib. Daha əvvəl Tofiq Əliyev (tamblinq), İrina Zaretska (karate), Daniyel Abbasov və Murad Rəfiyev dueti (akrobatika) də Çenduda gümüş medal qazanıblar.
Namiq HUN