Dünya çempionu böyük döyüş üçün Misirə çatdı!
Birləşmiş dünya çempionu, ukraynalı boksçu Aleksandr Usik Misirə yollanıb.
TodayPress TV xəbər verir ki, superağır çəki dərəcəsində çıxış edən boksçu mayın 23-də niderlandlı döyüşçü Riko Verhuven ilə qarşılaşacaq.
Aleksandr Usik sosial şəbəkə hesabında paylaşım edərək komandası ilə birlikdə Gizada olduqlarını bildirib.
39 yaşlı ukraynalı boksçu 2012-ci il London Olimpiadasının qalibidir. O, 2013-cü ildə peşəkar boks karyerasına başlayıb. Usik 2016-cı ildə yarımağır çəkidə dünya çempionu olub, 2018-ci ildə isə mütləq dünya çempionu titulunu qazanıb.
Qeyd edək ki, Aleksandr Usik 2024-cü ildə superağır çəkidə mütləq dünya çempionu olub, 2025-ci ildə isə bu uğurunu yenidən təkrarlayıb.
Namiq HUN