Dopinq qalmaqalından sonra Mudrik üçün yeni başlanğıc
“Çelsi” klubunun ukraynalı vingeri Mixail Mudrik qış transfer pəncərəsində klubunu dəyişə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Eagle Media nəşri məlumat yayıb.
“Beşiktaş” klubu futbolçuya ciddi maraq göstərir. İstanbul təmsilçisi yanvar ayında danışıqları aktivləşdirməyə hazırdır və futbolçunun tam transferini nəzərdən keçirir.
Ötən mövsümdə Mudrik “Çelsi”nin heyətində 15 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara görə, vinger dopinq qalmaqalından sonra artıq yanvar ayında rəsmi oyunlara qayıda bilər.
Namiq HUN