Donnarumma FIFA versiyasına görə ilin ən yaxşı qapıçısı oldu

İdman

16.12.2025 17:41

“Mançester Siti” klubunun və İtaliya millisinin qapıçısı Canluici Donnarumma FIFA versiyasına əsasən 2025-ci ilin ən yaxşı qapıçısı adına layiq görülüb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Mançester Siti” klubunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

O, “FIFA The Best” mükafatının qalibi olub.  

Qeyd edək ki, bu mükafata digər namizədlər arasında Alisson (“Liverpul”, Braziliya), Tibo Kurtua (“Real Madrid”, Belçika), Emiliano Martinez (“Aston Villa”, Argentina), Manuel Noyer (“Bavariya”, Almaniya), David Raya (“Arsenal”, İspaniya), Yan Zommer (“İnter”, İsveçrə) və Voyçex Şensnı (“Barselona”, Polşa) da olub.

“FIFA The Best” mükafatlarının təqdimetmə mərasimi dekabrın 16-da keçiriləcək. 

Namiq HUN

TodayPress TV

tag: “FIFA The Best”, “Mançester Siti”,Mükafat,Canluici Donnarumma ,Todaypress.tv,