"Dinamo" Qusevi üçün iki oyunçusundan üz döndərdi

"Dinamo" Qusevi üçün iki oyunçusundan üz döndərdi
30.07.2025 18:00 İdman

"Dinamo" klubu komandanın bombardiri Nikita Qusev ilə yeni müqavilə imzalamaq üçün Maksim Cioşvili və ya Devin Brosso ilə mübadilə və ya müqavilənin pozulması variantlarını nəzərdən keçirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Sport-Ekspress" məlumat yayıb.

Hazırda "Dinamo"nun maaş büdcəsi limiti çərçivəsində Qusevlə yeni müqavilə bağlamaq üçün kifayət qədər vəsaiti yoxdur. Cioşvilinin maaşı 45 milyon rubl, Brossonun isə 40 milyon rubl təşkil edir.

Qeyd edək ki, kanadalı hücumçu Devin Brosso bu mövsüm yay fasiləsində kluba qoşulsa da, hələlik "Dinamo"nun heyətində bir oyun belə keçirməyib.

Töhfə Səməd 


XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər