DÇ-2026: Portuqaliya-Konqo oyununda qalib müəyyənləşmədi

DÇ-2026: Portuqaliya-Konqo oyununda qalib müəyyənləşmədi
17.06.2026 23:04 İdman

Futbol üzrə dünya çempionatında Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib - 1:1.

Avropalıların heyətində Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.

Portuqaliya millisində Kriştianu Ronaldu oyunun əvvələrindən sonuna qədər meydanda olub və heçnə ilə yadda qalmayıb.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər