Cüdoçularımız Avropa çempionatının ikinci gününü medalsız başa vurdu

Cüdoçularımız Avropa çempionatının ikinci gününü medalsız başa vurdu
05.09.2025 16:56 İdman

Slovakiyanın paytaxtı Bratislavada keçirilən gənclər arasında Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 2 cüdoçusü tatamiyə çıxıb.

Onların hər ikisi çempionatı medalsız başa vurublar.

73 kq Əbil Yusubov 1/16 finalda Georqios Kotsaxristosu (Yunanıstan), daha sonra Stefan Maytini (İsveçrə) məğlub edib. Lakin o, 1/4 finalda Viktor Skerlevlə (Bolqarıstan), təsəlliverici qarşılaşmada Luço Tavoletta (İtaliya) səddini keçə bilməyib.

81 kq Süleyman Şükürovun 1/16 final rəqibi Duşan Qraxovaca (Sloveniya) qalib gəlsə də, ardınca İnyaki Merçana (İspaniya) uduzub.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər