Cüdo üzrə Bakı birinciliyində ikinci günün qalibləri bəlli oldu
Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyinin ikinci günündə daha 6 çəki dərəcəsində medalçılar müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə paytaxtın 61 klub və idman cəmiyyətindən 587 idmançı (485 oğlan, 102 qız) iştirak edir.
Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Paytaxt birinciliyi həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.