Cokoviç 100-cü titulunu qazandı

Cokoviç 100-cü titulunu qazandı
25.05.2025 09:30 İdman

Serbiyalı tennisçi Novak Cokoviç peşəkar karyerasında növbəti əlamətdar uğura imza atıb. 

TodayPress TV xəbər verir ki, 37 yaşlı ulduz idmançı İsveçrənin Cenevrə şəhərində təşkil olunan “ATP-250” turnirinin qalibi olub.

Finalda polşalı Hubert Hurkaçla qarşılaşan Cokoviç ilk setdə məğlub olsa da, sonrakı iki setdə taybrek hesabı ilə üstünlük qazanaraq 5:7, 7:6 (7:2), 7:6 (7:2) nəticəsi ilə çempion tituluna sahib çıxıb.

Bu qələbə ilə Novak Cokoviç tennis tarixində 100 titul qazanan 3-cü tennisçiyə çevrilib. Onun önündə yalnız Cimmi Konnors (109) və Rojer Federer (103) yer alır.

Qeyd edək ki, Cokoviç “Böyük Dəbilqə” turnirlərində 24 dəfə çempion olub.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər