“Çelsi”nin məşq bazasından bahalı avadanlıq oğurlandı
“Çelsi" klubu məşq bazasından bahalı avadanlıqların yoxa çıxması ilə bağlı polisə müraciət edib.
TodayPress TV “The Sun”a istinadən xəbər verir ki, oğurluq nəticəsində klubun ümumi zərəri təxminən 35 min avro təşkil edib.
İtkin düşən avadanlıqlar arasında oyun göstəricilərinin təhlili üçün istifadə olunan yüksək texnologiyalı video qurğular da var. Klub rəhbərliyi hadisəni ciddi hesab edərək araşdırmaya start verib.
“Çelsi” rəsmiləri mövzu ilə bağlı mətbuata əlavə şərh verməkdən imtina ediblər.
Namiq HUN